Xəbərlər
Mübariz Əhmədoğlu: Ermənistanı ruhlandıran amil ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətsizliyidir
«Hazırda Ermənistanı ruhlandıran amil ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətsizliyidir. Sanki həmsədrlər erməni tərəfi ilə son kampaniyalarda müştərək, şərikli qüvvə kimi çıxış edirlər». Bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
M.Əhmədoğlu bildirib ki, ermənilərin cəbhədəki avantüraları, qanunsuzluqları birbaşa özlərinin əleyhinə çevrilib. Onun sözlərinə görə, buna baxmayaraq Minsk qrupunun həmsədrləri bu hadisələrə reaksiya verməkdən çəkinirlər”.
«Ermənistan öz əməllərində himayədarı olan bəzi beynəlxalq qurumlara, dövlətlərə arxalanır. Ermənistan tərəfi iddia edir ki, biz Kəlbəcər rayonunu minalayacağıq. Təbii ki, bu da həmin regiona əlavə hərbi elementlərin cəlb olunmasıdır. Bu, Helsinki Yekun Aktına əsasən güc tətbiq etməmək prinsipinin pozulması deməkdir. Beləcə, ATƏT həmsədrləri də buna heç bir reaksiya vermirlər»- deyə, politoloq qeyd edib.