Xəbərlər
Elmar Məmmədyarov Sergey Lavrova başsağlığı verib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun terror aktı nəticəsində öldürülməsi ilə əlaqədar həmkarı Sergey Lavrova başsağlığı məktubu ünvanlayıb.
Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, E.Məmmədyarov məktubda dərin kədər və təəssüf hissi ilə A.Karlovun terror aktı nəticəsində öldürülməsi xəbərini eşitdiyini qeyd edərək S.Lavrova dərin hüznlə başsağlığını ifadə edib.
Nazir məktubda, həmçinin öz adından və Xarici İşlər Nazirliyinin kollektivi adından Andrey Karlovun ailəsinə və yaxınlarına başsağlığının çatdırılmasını xahiş edib.