YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnam Kərimov: Elektron xidmətlərə keçidin təmin olunması dövlət üçün prioritet sahədir

«İndiyədək “ASAN xidmət”ə 13 milyondan çox vətəndaş müraciət edib. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98-100 faizdir». Bu fikirləri  Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

İ.Kərimov bildirib ki, elektron xidmətlərin bütün sahələrdə inkişafı vacibdir. Onun sözlərinə görə, elektron xidmətlərə keçidin təmin olunması dövlət üçün prioritet sahədir.
«Məlum olduğu kimi, son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələr üzrə hərtərəfli islahatlar həyata keçirilir. Bu islahatlar ölkəmizin siyasi, sosial və iqtisadi inkişafına müsbət təsir edir və Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirir. “ASAN xidmət” mərkəzləri yalnız Azərbaycan vətəndaşlarına deyil, o cümlədən ölkəmizdə yaşayan xaricilərə və vətəndaşlığı olmayan şəxslərə də çoxsaylı dövlət xidmətləri göstərir» - deyə, İ.Kərimov vurğulayıb.