YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda gənc alim və mütəxəssislərin I beynəlxalq elmi konfransı keçiriləcək

Bu il oktyabrın 15 və 16-da Bakıda  “Fundamental və tətbiqi elmlərin (yer, texnika və kimya) aktual problemlərinin həllində multidissiplinar yanaşmanın rolu” mövzusunda gənc alim və mütəxəssislərin I beynəlxalq elmi konfransı keçiriləcək.

Tədbir Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası  Dövlət Neft Şirkətinin birgə  təşəbbüsü, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə baş tutacaq.

Konfransda  dünyanın 50-dən çox ölkəsindən gənc alimin iştirakı gözlənilir. AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov bildirib ki, konfrans  çərçivəsində çıxışlar texnika, yer və kimya elmləri üzrə multidissiplinar xarakterli 10 elmi istiqamətdə qruplaşdırılıb. O, son illər əldə olunmuş ən mühüm elmi nəticələrin məhz fənlərarası elmlərin govşağında təzahür etdiyini vurğulayıb.

 «Müxtəlif elmlərin təmasında aparılan araşdırmalar yüksək elmi-təcrübi əhəmiyyət daşımaqla yanaşı, yeni elmi-tədqiqat istiqamətlərinin yaranmasına şərait yaradır. Məhz belə istiqamətlərin olması elmin bir sıra fundamental və tətbiqi problemlərinin həllində müsbət nəticə verir. Buna görə də, təşkilat  komitəsi seçim zamanı fənlərarası elmlərin qovşağında aparılan tədqiqatların nəticələrini özündə əks etdirən məqamlara üstünlük verəcək»- deyə, F.Salmanov qeyd edib.