YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Magistral kəmərlərlə altı ayda 23,3 milyon ton neft nəql edilib

Cari ilin yanvar-iyun aylarında Azərbaycan ərazisindəki magistral kəmərlərlə 23,3 milyon ton neft nəql edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz artım qeydə alınıb. Nəqletmənin dörddəüç hissəsi Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-iyun aylarında bu kəmərlə 17,6 milyon ton neft ötürülüb.

Bu dövrdə Səngəçal terminalından BTC kəməri ilə 2,6 milyon ton tranzit Türkmənistan nefti də nəql olunub.