Xəbərlər
Müdafiə sənayesi naziri: İstehsal etdiyimiz müdafiə sənayesi məhsulları beynəlxalq standartlara cavab verir
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tərkibində 28 zavod fəaliyyət göstərir.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
Nazirin sözlərinə görə, həmin zavodlarda 1160 adda müdafiə sənayesi təyinatlı məhsul istehsal olunur: "2009-cu ildən nazirlik beynəlxalq müdafiə sərgilərində iştirak edir. Bu günə qədər 32 beynəlxalq sərgidə iştirak etmişik. Nəticədə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi dünyanın bir sıra ölkələrinə - Amerika, Afrika qitəsi ölkələrinə, Cənubi Koreya və digər ölkələrə müdafiə sənayesi məhsullarının ixracına başlayıb. Azərbaycanda istehsal olunan müdafiə sənayesi məhsulları beynəlxalq standartlara cavab verir".