YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Bu gün ən ciddi məsələlərdən biri uşaqların kiber mühitdə təhlükəsizliyi məsələsidir

«Zaman getdikcə uşaq hüquqları anlayışı da dəyişir, yeni çağırışlar, hədəflər ortaya qoyulur». Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA komitəsində uşaqlar üzrə baş məruzəçi Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, 2010-cu ildə Avropa Şurası tərəfindən Lansarote Konvensiyası imzalanıb. Onun sözlərinə görə, bu gün ən ciddi məsələlərdən biri uşaqların kiber mühitdə təhlükəsizliyi məsələsidir.

«2015-ci ildə Avropa Şurasının Nazirlər Komitəsi noyabrın 18-ini uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi günü kimi qəbul edib. Artıq iki ildir bu gün bütün Avropa Şurasına üzv dövlətlərdə, eləcə də Azərbaycanda qeyd olunur. İnformasiya texnologiyaları artıq həyatımızın ayrılmaz hissəsidir. Uşaqların təhlükəsiz internetdən istifadəsi də qanunvericilikdə öz əksini tapmalıdır. Azərbaycan parlamentində artıq bununla bağlı qanun layihəsi hazırlanır»- deyə, S.Fətəliyeva vurğulayıb.