YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Politoloq: Sərkisyan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimləməyə hazırlaşmadığını nümayiş etdirir

«Ermənistan rəhbərliyi başa düşür ki, beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT Minsk Qrupunun məqsədi işğal olunmuş torpaqların Azərbaycana qaytarılmasıdır». Bu fikri politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, BMT, ATƏT və digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağ da daxil olmaqla bütün işğal olunmuş əraziləri Azərbaycanın ərazisi hesab edirlər. Onun sözlərinə görə, S.Sarkisyan Hamburqda dinc danışıqlara dəstək vermək əvəzinə hərbi eskalasiya ilə məşğul oldu.

«O, Sünikdə hərbi bazanın açılışında iştirak etdi və oradan da Dağlıq Qarabağa gələrək orada hərbi tədbirlərə rəhbərlik etdi. Bu, Ermənistan prezidenti S.Sərkisyanın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimləməyə hazırlaşmadığını sübut edir. O yalnız müharibəyə ümid edir ki, hərbi təxribatlara əl atmaqla kimlərinsə diqqətini özünə və yaxud regionu müharibəyə sürükləməklə qonşu dövlətləri şantaja cəlb edə bilər. Yaranmış vəziyyətdə ATƏT MQ həmsədrlərinin yubanmağına heç bir ehtiyac yoxdur. Onların hazırladığı, yaydığı bəyanat Ermənistanın mövqeyinə dinc danışıqlar dövründə vurulmuş ən ciddi zərbədir. Amma gecikmiş addımdır. Ona görə indi addımlar sürətlənməlidir»- deyə, politoloq qeyd edib.