Xəbərlər
Əli Əhmədov: Dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi haqqında qərar Azərbaycan vətəndaşlarının maraq və mənafelərinin qorunması məqsədlərinə xidmət edir
«Ölkə Prezidentinin tapşırığı ilə dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi haqqında qərar qəbul edilib. Bu qərar hər şeydən əvvəl Azərbaycan vətəndaşlarının maraq və mənafelərinin qorunması məqsədlərinə xidmət edir. Çünki dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsinə qədər dərman bazarında qiymətlər dərmanların maya dəyəri ilə müqayisədə xeyli yüksək qiymətə satılırdı. Təbii ki, bu da vətəndaşların büdcəsinə təsir edirdi. Buna görə də, hökumət qiymətlərin dövlət tərəfindən tənzimlənməsi haqqında qərar verdi. Bu qərar heç də sahibkarların maraqlarına qarşı çevrilməyib. Həmin qərar qəbul edilərkən ciddi şəkildə təhlil edildi, dərman idxal edən şirkətlərlə müzakirələr aparıldı. Nəticədə həm əhaliyə, həm də sahibkarlara ziyan verməyəcək formul əsasında qiymətlərin tənzimlənməsi mexanizmi hazırlandı. Artıq buqərarın verilməsindən xeyli müddət keçib və bu yeni model oturuşur. Ən əsası ondan ibarətdir ki, Azərbaycan vətəndaşları bu qərardan məmnundur». Bu fikirləri Baş nazirin müavini Əli Əhmədov Nazirlər Kabinetində bu gün “Dərman preparatlarının idxalı ilə bağlı məsələlər və onların keyfiyyətinə nəzarətin gücləndirilməsi” mövzusunda keçirilən müşavirə səsləndirib.