Xəbərlər
Milli Məclisdə “Hərbi vəziyyət haqqında” yeni qanun layihəsi müzakirə edilir
Dekabrın 16-da Milli Məclisin plenar iclasında “Hərbi vəziyyət haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirə edilir.
5 fəsil, 27 maddədən ibarət qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 8-ci bəndinə uyğun olaraq Azərbaycanın bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir.