YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Seyidzadə: Azərbaycanda həyata keçirilən gənclər siyasəti regionun ən effektiv gənclər siyasətidir

«Bir çox ölkələr Azərbaycanda dövlət gənclər siyasətinin inkişaf modelini regionun ən uğurlu modellərindən biri hesab edirlər». Bu fikri Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə deyib. 

Ş.Seyidzadə bildirib ki, ölkənin ən böyük gənclər platforması olan ARGTMŞ Avropa Gənclər Forumu, Pan-Afrika Gənclər Birliyi, MDB ölkələrinin gənclərlə iş üzrə komitəsi, Şərq Tərəfdaşlığı ölkələri, GUAM ölkələrinin və digər bu kimi beynəlxalq gənclər platformaların müxtəlif tədbirlər, layihələr və proqramlarda iştirak edir. 

Regionun müxtəlif ölkələrinin gənclər siyasətini müqayisə edən Ş.Seyidzadə müşahidələrində Azərbaycanda həyata keçirilən gənclər siyasətinin regionun ən effektiv gənclər siyasəti olduğu qənaətinə gəlindiyini deyib. 

«Müəyyən beynəlxalq tədbirlərdə də Azərbaycanda dövlət gənclər siyasətinin inkişaf modeli uğurlu bir model kimi qeyd olunur. Əgər illər əvvəl öz ölkəmizi təmsil edən nümayəndələr ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən bəhs edirdilərsə, artıq bir çox ölkələr özləri Azərbaycan gənclər siyasətinin inkişaf modelini regionun ən uğurlu modellərindən biri olduğunu vurğulayırlar. Sözsüz heç nə ideal deyil, amma müqayisə etdikdə, həqiqətən ölkəmizin bu sahədə hansı uğurlara imza atdığını görürük»- deyə, Ş.Seyidzadə qeyd edib.