Xəbərlər
Qırğızıstan parlamentinin sədri Çınıbay Tursunbekov Azərbaycana səfər edəcək

Qırğızıstanın Joqorku Keneşinin (parlament) sədri Çınıbay Tursunbekov gələn həftə Azərbaycana səfər edəcək.
Qırğızıstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Ç.Tursunbekovun Bakıya 21-22 dekabrda səfər edəcəyi gözlənilir. O, Bakıda TürkPA Katibliyinin yeni inzibati binasının açılış mərasimində iştirak edəcək.
Bundan əvvəl, dekabrın 17-də Bişkekdən Bakıya nümayəndə heyəti də gələcək. Səfərin məqsədi gündəlikdə duran məsələləri, eləcə Qırğızıstan parlamentinin sədrinin səfərini müzakirə etməkdir.