Xəbərlər
Bələdiyyə seçkiləri ərəfəsində region qadınlarının fəallığının artırılması məsələsi müzakirə ediləcək
İyulun 24-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə Gədəbəy şəhərində Azərbaycan Respublikasının regionlarında bələdiyyə seçkiləri ərəfəsində qadınların fəallığının artırılması məqsədilə regional görüş keçiriləcək.
Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Naftalan şəhərinin, Daşkəsən, Göygöl, Goranboy və Samux rayonlarının hər birindən 10 nəfər fəal qadın olmaqla nümayəndələr iştirak edəcəklər.
AQUPDK-nın mətbuat xidmətindən bildiriblər ki, tədbir bələdiyyə seçkilərində qadınların elektorat fəallığının yüksəldilməsi, onların bələdiyyə üzvü olmaq üçün seçkilərə namizəd kimi qatılmaları, dövlət qadın siyasətinin əsas istiqamətlərindən birinə-qərar qəbulu səviyyəsində qadınların təmsilçiliyinin artırılmasına və gender bərabərliyinin təmin olunmasına xidmət edəcək.