Xəbərlər
Oğuz “Yay məktəbi”ndə “Azərbaycanda internetin bu günü və sabahı” mövzusunda seminar keçirilib
Oğuz rayonunda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin III turu çərçivəsində seminar-diskussiya keçirilib. Tədbirdə müxtəlif məsələlərə dair fikir mübadiləsi aparılıb, interaktiv oyunlar və idman yarışları təşkil edilib.
“Azərbaycanda internetin bu günü və sabahı” mövzusunda keçirilən seminarda çıxış edən YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının sədri, Oğuz III tur qrupunun rəhbəri Təranə Kərimova bildirib ki, Azərbaycanda informasiya cəmiyyəti və elektron dövlət quruculuğu prosesi uğurla davam etdirilir.
Daha sonra mövzu ilə bağlı geniş çıxış edən tədbirin moderatoru Mədinə Əliyeva Azərbaycanda İKT xidmətlərinin genişləndirilməsi, informasiya və bilik bazarının formalaşması və inkişafının dövlətin İKT siyasətinin əsas hədəflərindən olduğunu vurğulayıb.
Daha sonra mövzu ilə bağlı diskussiya aparılıb, gənclər mövzu ilə bağlı öz fikirlərini bildiriblər. Qarşılıqlı fikir mübadiləsi əsasında baş tutan diskussiyada gənclərin sualları cavablandırılıb.