YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Saleh Məmmədov: Avtomobil yollarının yenidən qurulmasında Dünya Bankı ilə əməkdaşlıq davam edəcək

Avtomobil yollarının yenidən qurulması istiqamətində Azərbaycan Dünya Bankı ilə ikitərəfli əməkdaşlığı bundan sonra da davam etdirəcək.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib ki, bu fikir dekabrın 9-da “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun Dünya Bankının nümayəndə heyəti ilə görüşündə səsləndirilib. Görüşdə son illər Azərbaycanda Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər barədə ətraflı məlumat verilib, yenilənən yol infrastrukturunda Dünya Bankının rolundan bəhs edilib

Söhbət zamanı Dünya Bankının maliyyələşdirdiyi layihələrin hazırkı vəziyyəti, magistral yollara xidmət göstərəcək yeddi Magistral Yolların İstismarı MMC-nin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması istiqamətində atılan addımlar müzakirə olunub.

Sonda avtomobil yollarının yenidən qurulması istiqamətində Dünya Bankı ilə ikitərəfli əməkdaşlığın bundan sonra da davam etməsinin vacibliyi vurğulanıb.

Görüşdə Dünya Bankının Cənubi Qafqaz üzrə nəqliyyat proqramının rəhbəri Mustafa Benmaamar, həmçinin cəmiyyətin və bankın digər rəhbər şəxsləri iştirak ediblər.

DİGƏR Xəbərlər Arxiv