Xəbərlər
Noyabrda BTC kəməri ilə 2 milyon tondan çox Azərbaycan nefti nəql edilib
Bu ilin noyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə 2 milyon 72 min 571 ton Azərbaycan nefti nəql olunub.
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, cari ilin yanvar-noyabr aylarında bu kəmərlə 26 milyon 476 min 233 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il dekabr ayının 1-dək BTC-yə 319 milyon 151 min 612 ton neft vurulub.
Bundan başqa, cari ilin noyabr ayında BTC kəməri ilə 344 min 987 ton Türkmənistan nefti də nəql edilib.