Xəbərlər
Şimal-Cənub dəhlizinin Qırğızıstandakı hissəsinin bərpasına 95,1 milyon dollar ayrılıb
Asiya İnkişaf Bankı Qırğızıstan Respublikasına Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Qırğızıstandan keçən hissəsinin bərpası üçün 95,1 milyon dollar məbləğində vəsait ayırıb.
Bu barədə Asiya İnkişaf Bankının rəsmi saytında bildirilib.
Məlumatda deyilir ki, bununla əlaqədar Qırğızıstanla Asiya İnkişaf Bankı arasında maliyyə müqaviləsi imzalanıb. Bu dəhlizin bərpası ilə ölkədə iqtisadi potensialın artması və yoxsulluğun azaldılması hədəflənib.
Qeyd edilib ki, Qırğızıstan kimi dənizə çıxışı olmayan ölkələr üçün bu cür beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyəti böyükdür.
Azərbaycanın da iştirakçısı olduğu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Bu marşrut Asiyadan yüklərin Avropaya daşınmasında ən qısa, sərfəli və səmərəli marşruta çevrilə bilər.