YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Prezident İlham Əliyev islahatların aparılması haqqında öz siyasi iradəsini ortaya qoyub və həmin islahatlar konsepsiyası 2017-ci ilin büdcəsində öz əksini tapıb

«Prezident İlham Əliyev islahatların aparılması haqqında öz siyasi iradəsini ortaya qoyub və həmin islahatlar konsepsiyası 2017-ci ilin büdcəsində öz əksini tapıb». Bu fikri Milli Məclisin  Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komtəsinin sədri Səməd Seyidov bu gün parlamentin komitə iclaslarında 2017-ci ilin dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı deyib.

S.Səmədov bildirib ki, gələn ilin büdcəsində beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqında  Azərbaycanın öhdəlikləri tam şəkildə yerinə yetirilməsi öz əksini tapıb. Onun sözlərinə görə, bu sahəyə ayrılan vəsaitdə azalma yoxdur.

«Əksinə   Azərbaycan Respublikasının xaricdəki səfirlikləri, konsulluqları, diplomatik nümayəndəliklərinin saxlanması ilə əlaqədar maliyyə ötən illə müqayisədə artırılıb və bu istiqamətdə ekstensiv inkişafın əvəzinə intensiv fəaliyyət dövrünə keçməyimiz üçün müxtəlif adddımlar da atılıb. Lakin bu gün daha çox keyfiyyət, səmərəli iş, nəticə özünü göstərməlidir. Hesab edirəm ki, bu gün Azərbaycanın xarici siyasəti ölkə başçısının tövsiyə etdiyi istiqamətlər üzrə islahatları özündə ehtiva edən, Azərbaycanı postneft ölkəsi kimi təqdim edən siyasətə çevrilməlidir. Büdcədən ayrılan vəsaiti necə səmərəli sərf edəcəyimizi fikirləşməliyik. Büdcədən ayrılan vəsaitlər üzrə işimizi səmərəli təşkil etsək, əminəm ki, Azərbaycanın beynəlxalq əlaqələri heç də hansısa problem qarşısında qalmayacaq, əksinə, daha da inkişaf edəcək»- deyə, komitə sədri vurğulayıb.