YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Flora Qasımova: Ötən illər ərzində ATƏT-in Minsk qrupunun münaqişənin həllində heç bir fəaliyyəti olmadı

«Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dövlətimizin tutduğu mövqeni dövlət başçımız, hörmətli Prezidentimiz Cənab İlham Əliyev dəfələrlə açıq şəkildə bildirib. Biz bu münaqişənin sülh yolu ilə həllinə çalışırıq, insanların qanının tökülməsini, azərbaycanlı və erməni analarının gözü yaşlı qalmasını istəmirik. Lakin əgər Ermənistan rəhbərliyi status-kvonun saxlanılmasını davam etdirsə, konstruktiv danışıqları pozsa, istənilən yolla torpaqlarımızı işğaldan azad edəcəyik». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı Flora Qasımova deyib

F.Qasımova bildirib ki, ötən illər ərzində ATƏT-in Minsk qrupunun münaqişənin həllində heç bir fəaliyyəti olmadı. Əksinə onlar ermənilərə vaxt qazandırdılar ki, işğal etdikləri torpaqlarda möhkəmlənsinlər.

«Qeyri-qanuni məskunlaşdırma, azərbaycanlılara məxsus tarixi, mədəni abidələri məhv etmək, saxtalaşdırmaq, təbii sərvətlərimizi talan etmək, nəinki keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisini, eyni zamanda Dağlıq Qarabağa Ermənistanı birləşdirən Kəlbəcər, Laçın, Zəngəzur, Qubadlı rayonlarının adlarını dəyişdirməklə, o torpaqları özününküləşdirməklə gələcəkdə Ermənistana qatmaq siyasəti aparmaqdadırlar. Mins qrupunun məqsədi Azərbaycanın hərbi yolla öz torpaqlarını azad etməsinin qarşısını almaqdır»- deyə, deputat qeyd edib.