Xəbərlər
Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini yeni xarici siyasət konsepsiyasına daxil edib
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkəsinin xarici siyasət konsepsiyasının təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Konsepsiyaya Rusiyanın postsovet məkanında münaqişələrin siyasi-diplomatik yolla həllinə tərəfdar olması barədə bənd daxil edilib.
Rusiyanın hüquqi informasiya portalında yerləşdirilən sənəddə bildirilir ki, rəsmi Moskva Dağlıq Qarabağ probleminin mövcud çoxtərəfli danışıqlar mexanizmi çərçivəsində, ATƏT-in Minsk qrupunun sədri olan digər ölkələrlə qarşılıqlı fəaliyyət, habelə Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2013-cü illərdəki birgə bəyanatlarında nəzərdə tutulmuş prinsiplər əsasında həllinə səy göstərir.