Xəbərlər
Vüsal Qasımlı: Azərbaycanda islahatlar yeni iqtisadi paradiqmanın tələblərinə uyğun olaraq uğurla davam etdirilir
«Azərbaycanda dövlət idarəetməsi ilə bağlı islahatlar yeni iqtisadi paradiqmanın tələblərinə uyğun olaraq uğurla davam etdirilir». Bu fikri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
V.Qasımlı bildirib ki, dövlətə məxsus müəssisələrin səmərəliliyinin qiymətləndirilməsi sahəsində tətbiq olunan və beynəlxalq təcrübədə tövsiyə edilən qabaqcıl qaydalar öyrənilərək tətbiq edilir. Onun sözlərinə görə, dövlət müəssisələri üçün effektiv fəaliyyət üçün uyğun mexanizmlər müəyyənləşdiriləcək.
«Bu sahədə də dövlət idarəetməsi islahatları mərhələli şəkildə həyata keçirilir. Eyni zamanda, milli iqtisadiyyatın strateji yol xəritəsi çərçivəsində də dövlət idarəetmə islahatlarının istiqamətləri müəyyənləşdirilib»- deyə, V.Qasımlı qeyd edib.