Xəbərlər
“Tütün və tütün məmulatı haqqında” qanuna dəyişikliklər edilib
Milli Məclisin bu gün keçirilən iclasında “Tütün və tütün məmulatı haqqında” qanuna əlavə və dəyişikliklər müzakirə olunub. Qanunun 20-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, tütünün, tütün məmulatının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır.
Qanuna aşağıdakı məzmunda 20.3-cü maddə əlavə edilir: “Tütün və tütün məmulatının istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 13.4-cü və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər".