Xəbərlər
Belarus Prezidenti Aleksandr Lukaşenko Şəhidlər xiyabanını ziyarət edib
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko noyabrın 29-da Şəhidlər xiyabanını ziyarət edib.
Burada Belarus Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident Aleksandr Lukaşenko Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdi.
Belarus Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Belarusun və Azərbaycanın dövlət himnləri səsləndi.
Bakının mənzərəsini seyr edən aIi qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.