YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Biz ən yüksək zirvələr fəth etmişik

“Belarusu bu ölkədə ikinci Avropa Oyunlarının keçiriləcəyi münasibətilə təbrik etmək istərdim. Fikrimcə, bu da rəmzidir. Çünki Aleksandr Qriqoryeviç qeyd etdi ki, biz Olimpiya komitələrinin prezidentləriyik. Ancaq yəqin ki, bilmir, ya da buna əhəmiyyət verməyib, biz onunla Olimpiya komitələrinə eyni ildə başçılıq etməyə başlamışıq - 1997-ci ildə. Düşünürəm ki, bu da həm Belarus, həm də Azərbaycan üçün idmanın inkişafı baxımından dönüş ili oldu. Bu gün Belarus iri idman məmləkətidir. Biz də belaruslulardan geri qalmamağa çalışırıq, həmçinin idman sahəsində əlaqələrimizin möhkəmləndirilməsində əməkdaşlıq edirik. Əlbəttə, həm birinci, həm ikinci Avropa Oyunlarının keçmiş Sovet İttifaqı ölkələrində - keçmiş SSRİ-nin ən uğurlu ölkələrində keçirilməsi də yəqin ki, rəmzi xarakter daşıyır.” Bu fikirləri noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə birgə mətbuata bəyanatında səsləndirmişdir.

Prezident İlham Əliyev daha sonar qeyd etmişdir ki, ölkələrimiz müstəqil dövlət kimi gəncdir - cəmi 25 il. Bu illər ərzində biz ən yüksək zirvələr fəth etmişik və istənilən səviyyədə tədbirlər keçirmək qabiliyyətinə malik olduğumuzu göstərmişik. Əminəm ki, ikinci Avropa Oyunları birincidən pis keçməyəcək. Çünki təcrübə, apardığınız təşkilati işlər, bu cür tədbirlərin təşkilinə göstərdiyiniz cəhdlər qarşıdakı Oyunların unikal olacağını deməyə imkan verir. Siz təkcə Belarus xalqının qəlbini deyil, həm də müasir Belarusun güclü, müstəqil, layiqli dövlət olduğunu bütün Avropaya nümayiş etdirəcəksiniz.