Xəbərlər
Bakıda Beynəlxalq Kanoe Federasiyasının 36-cı Konqresi işə başladı

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (ICF) XXXVI Konqresi işə başlayıb.
Azərbaycan Milli Avarçəkmə Federasiyasından (AMAF) verilən məlumata görə, tədbirə 89 ölkənin 200-dən çox nümayəndəsi qatılıb. Daha 29 ölkə isə öz səsvermə hüququnu Konqres iştirakçılarına həvalə edib. ICF-nin növbəti illər üçün taleyini quruma üzv olan 159 ölkədən 118-nin səsi həll edib.
Proqrama əsasən, tədbirin ilk günündə Növbədənkənar Konqres keçirilib.
Konqresi ICF prezidenti Xose Perurena Lopez açıq elan edib.
Tədbirə noyabrın 26-da yekun vurulacaq.