YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası 24 ildə şərəfli yol keçib

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatında partiyanın yaradılmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev, YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov tanınmış ictimai-siyasi xadimlər, ziyalılar və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov müasir Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən danışıb. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyev ən çətin tarixi şəraitdə dahi lider kimi Azərbaycanı bütün bəlalardan xilas edib. 

Çıxış edən YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev YAP-ın hansı tarixi şəraitdə yaradılması haqqında ətraflı məlumat verib. Bildirilib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində millətimiz ağır sınaqlar qarşısında qalmışdı. Ölkəmizdə xaos, anarxiya hökm sürürdü. Həmin dövrdə fəaliyyət göstərən siyasi partiyalar da öz maraqlarına və anti-Azərbaycan qüvvələrin mənafeyinə xidmət edirdilər. Məhz belə bir zamanda yeni, güclü, ölkəni bəlalardan xilas etmək gücündə olan siyasi partiyanın yaradılmasına ehtiyac var idi. Bu, Yeni Azərbaycan Partiyası oldu. Azərbaycan ziyalıları Ulu öndərə müraciət ünvanladılar. Ümummilli lider Heydər Əliyevin Azərbaycana gəlişi ilə ölkəmiz çiçəklənməyə başladı, Azərbaycan qüdrətli dövlətə çevrildi. Bu gün də dövlət başçısı İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir.

Çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov YAP-ın hansı zərurətdən yaranması haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində iqtidarda olmuş AXC və Müsavat Partiyasının və onların rəhbərlərinin apardığı səriştəsiz siyasət nəticəsində Azərbaycanı dərin iqtisadi-siyasi böhran bürümüşdü. AXC-Müsavat hökuməti xalqı çörəklə də təmin edə bilmirdi. Ölkənin bütün iqtisadi sütunları dağılmışdı, siyasi böhran dərinləşmişdi, qardaş qardaşa güllə atırdı. Məhz belə bir tarixi şəraitdə YAP təsis olundu və Ulu öndərimiz partiyanın Sədri seçildi. Bundan sonra dövlətimiz böyük iqtisadi güc qazandı və ölkəmizdə tam siyasi sabitlik yarandı.

Daha sonra çıxış edənlər Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri haqqında danışıblar. Tədbirin sonunda YAP Qaradağ rayon təşkilatının fəal üzvləri fəxri fərman və diplomlarla təltif olunublar.