Xəbərlər
Elxan Məmmədov: Paytaxtımız Avropa çempionatını qəbul etməyə ən real namizədlərdən biridir
Milli komandamızın FİFA-nın reytinq cədvəlində 10 pillə yüksələrək 73-cü yerdə qərarlaşması inkişafdan xəbər verir. Bu fikri AFFA-nfn baş katibi Elxan Məmmədov deyib.
E.Məmmədov bildirib ki, milli komandamız ötən illərlə müqayisədə daha yüksək mövqedə qərarlaşıb. Onun sözlərinə görə, Bakı Avro-2020-yə ev sahibliyi etmək istəyir.
«Paytaxtımız 6 il sonra keçiriləcək futbol üzrə Avropa çempionatını qəbul etməyə ən real namizədlərdən biridir. Hazırda turnirə ev sahibliyi etmək istəyən 19 namizəd var. Onlardan 13-ü seçiləcək. Biz də öz namizədliyimizi irəli sürmüşük. Əminəm ki, Bakının qalib gəlmək şansı çoxdur»- deyə, baş katib qeyd edib.