YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Nizami rayonunda YAP-ın yaradılmasının 24-cü ildönümü münasibətilə eyni adlı filmin təqdimatı keçirilib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və YAP Nizami rayon təşkilatı ilə birgə partiyanın yaradılmasının 24-cü ildönümü münasibətilə “Azərbaycan: qorumalı olduğumuz sərvətimiz” adlı filmin təqdimatını keçirib.

Tədbirdən öncə ulu öndər Heydər Əliyevin rayon təşkilatının qərargahındakı büstü önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad olunub.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Yeni Azərbaycan Partiyasının yaradıcısı, müasir respublikamızın xilaskarı ümummilli lider Heydər Əliyevin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Sonra filmin təqdimatı olub.

Filmin nümayişindən sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, YAP Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır: “700 minə yaxın üzvü olan partiyamız ötən 24 ildə çətin və şərəfli yol keçib. Müstəqilliyimizin ilk illərində tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası qısa zamanda iqtidar partiyasına çevrildi. Bu bir faktdır ki, ölkəmizdə Yeni Azərbaycan Partiyasının yaradılması mühüm ictimai-siyasi hadisə kimi tarixə düşdü. YAP-ın yaranma zərurəti həm də ağır vəziyyətdə yaşayan xalqın sosial sifarişi kimi şərəfli tariximizə yazıldı”.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, 1992-ci ildə hakimiyyət vəziyyətdən neçə çıxmağın yolarını bilmirdi: “Xalq isə çıxış yolunu ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. Nəhayət, "91-lər"in müraciətindən sonra ulu öndər Heydər Əliyev partiyanın yaradılmasına və ona rəhbərlik etməsinə razılıq verdi. Beləliklə, 21 noyabr 1992-ci il tarixində Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Heydər Əliyevə xalqın böyük inamı olduğu üçün YAP qısa müddətdə təşkilatlandı və ölkənin ən nüfuzlu siyasi qüvvəsinə çevrildi”.

Çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur: “YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycan siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır. Ən əsası isə, Yeni Azərbaycan Partiyası siyasi palitranın ən güclü və nüfuzlu ictimai-siyasi təşkilatı olmaq etibarilə vətəndaşların alternativsiz seçimi kimi çıxış edir”.

Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov isə diqqətə çatdırıb ki, ötən 24 il ərzində YAP böyük bir inkişaf yolu keçib və bu gün Yeni Azərbaycan Partiyası ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır: “Bu partiyanın ötən 24 il ərzində nəinki ölkənin, eyni zamanda, regionun ən böyük siyasi partiyasına çevrilməsinin və sosial dayqlarının gündən-günə güclənməsinin arxasında yatan səbəbləri araşdırarkən diqqət edilməli olan nüanslar var. Çünki, siyasi partiyaların gücünü formalaşdıran və ona böyük ictimai dəstək verən başlıca detallardan biri həmin təşkilatların liderləri və onlara cəmiyyətin verdiyi dəstəklə bağlıdır”.

Çıxışlardan sonra mükafatlandırma mərasimi baş tutub.