Xəbərlər
Milli Məclisin növbəti iclası keçirilir
Noyabrın 11-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilir.
Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq gündəliyi təqdim edib.
İclasda Mülki, Cinayət, İnzibati Xətalar, Vergi, Meşə, Şəhərsalma və Tikinti, Miqrasiya, Cinayət-Prosessual məcəllələrində, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Kommersiya sirri haqqında”, “Dövlət rüsumu haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Yol hərəkəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında” qanunlarda, Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə ediləcək.