YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: ABŞ-dan gözləntimiz ondan ibarətdir ki, digər həmsədr dövlətlərlə birlikdə münaqişənin həlli istiqamətində səylərini artırsın və regionda davamlı sülh təmin olunsun

«Dövlətimizin başçısı tərəfindən ABŞ-ın yeni seçilmiş prezidentinə ünvanlanmış təbrik məktubunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xüsusi olaraq qeyd olunub. Məktubda Azərbaycanın Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkdiyi, ərazilərimizin 20 faizinin işğal altında olduğu, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü qeyd olunaraq, münaqişənin həllinə dair Azərbaycanın qəti mövqeyi bir daha ifadə olunub». Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyü bütün dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, Ermənistan buna məhəl qoymur.

«Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, o cümlədən BMT-nin Baş Məclisi, ATƏT, Avropa Şurası, NATO, Avropa Parlamenti, İƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların qərar və qətnamələri yerinə yetirilməlidir. Münaqişə beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-dan da gözləntimiz ondan ibarətdir ki, hazırda danışıqlar masasında olan təkliflərə uyğun olaraq, digər həmsədr dövlətlərlə birlikdə münaqişənin həlli istiqamətində səylərini artırsın və nəticə etibarilə, regionda davamlı sülh, sabitlik və hərtərəfli regional əməkdaşlıq təmin olunsun»- deyə, H.Hacıyev vurğulayıb.