Xəbərlər
Türkiyənin nəqliyyat naziri və parlament sədri Azərbaycana gələcək

Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan noyabrın axırında Azərbaycana gələcək.
Bunu jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib./Trend/
Diplomat qeyd edib ki, bununla yanaşı, TürkPA binasının açılışı ilə əlaqədar olaraq, Türkiyə parlamentinin sədri İsmayıl Kahramanın da dekabr ayında Azərbaycana səfəri planlaşdırılır.
Səfir bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri dinamik xarakter daşıyır.