YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Albaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Albaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Genti Qazhelinin etimadnaməsini qəbul edib.

Səfir Genti Qazheli fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Genti Qazheli etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan ilə Albaniya arasında münasibətlərin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev ölkələrimiz arasında yaxşı siyasi əlaqələrin mövcud olduğunu vurğuladı. Albaniya Prezidentinin və Baş nazirinin Azərbaycana səfərlərini və onlarla keçirdiyi görüşləri məmnunluqla xatırlayan dövlətimizin başçısı bu səfərlərin əməkdaşlığımızın inkişaf etdirilməsi baxımından çox əhəmiyyətli olduğunu dedi. İkitərəfli əlaqələrimizin inkişafına toxunan Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığımızın bu əlaqələrin əsas istiqamətlərindən biri olduğunu qeyd etdi. Dövlətimizin başçısı enerji sahəsində əlaqələrin digər istiqamətlərdə, o cümlədən sərmayə qoyuluşu, ticarət, nəqliyyat sahələrində də əməkdaşlıq üçün yaxşı imkan yaradacağını bildirdi. “Cənub Qaz Dəhlizi” kimi mühüm layihənin birgə həyata keçirilməsinin önəmini vurğulayan Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Albaniyaya investisiya yatırmaqda maraqlı olduğunu dedi. Dövlətimizin başçısı beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləyən Azərbaycan və Albaniyanın bu təsisatlar çərçivəsində əməkdaşlıqlarını davam etdirəcəklərinə ümidvar olduğunu bildirdi. İkitərəfli əlaqələrimizdə qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev Albaniyanın Azərbaycana dost ölkə olduğunu söylədi, Albaniyada da ölkəmizə eyni münasibətin göstərildiyini məmnunluqla qeyd etdi və bu baxımdan tərəfdaşlığımızın gücləndirilməsinin və bu potensialdan maksimum istifadə olunmasının vacibliyini bildirdi.

Səfir Genti Qazheli Albaniya Prezidenti Buyar Nişaninin və Baş nazir Edi Ramanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırdı. Səfir Trans-Adriatik qaz boru kəmərinin ölkəsi üçün böyük əhəmiyyət daşıdığını dedi. Diplomatik əlaqələrimizin müstəsna xarakterə malik olduğunu qeyd edən səfir Albaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi işinə sadiq qalacağını bildirdi və iqtisadi əlaqələrimizin gücləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı.

Dövlətimizin başçısı Albaniya Prezidentinin və Baş nazirinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Albaniyanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

 

DİGƏR Xəbərlər Arxiv