Xəbərlər
Azərbaycan və Vyetnam arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib
Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov bu ölkənin mədəniyyət, idman və turizm naziri Nquyen Nqoc Thien ilə görüşüb.
Səfirlikdən bildiriblər ki, görüşdə Azərbaycan ilə Vyetnam arasında mədəniyyət, idman və turizm sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib. Tərəflər qeyd olunan sahələr üzrə əməkdaşlıq üçün mövcud geniş potensialın istifadəsinə yönəlmiş tədbirlər barədə fikir mübadiləsi aparıblar.