YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zahid Oruc: Güclü ordu danışıqlar prosesində ölkəmizin mövqeyini gücləndirən əsas faktorlardan biridir

«Azərbaycanın dövlət büdcəsində  müdafiə xərclərinin öndə olması qanunauyğun haldır». Bu fikri Milli Məclisin deputatı Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, ölkəmizin ərazisinin bir hissəsi işğal altındadır. Onun sözlərinə görə, məhz bu səbəbdən Azərbaycan müdafiə məsələlərini xüsusi diqqət mərkəzində saxlayır.

«Azərbaycan Ordusu bu gün Cənubi Qafqazda ən güclü ordudur. Bu gün silahlı qüvvələr Azərbaycanın təhlükəsizliyində mühüm və əsas yer tutur. Kimlərsə bizi silahlanmada ittiham edirsə, bunun heç bir əsası yoxdur. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün ordusunu gücləndirməlidir və gücləndirir. Güclü ordu danışıqlar prosesində də ölkəmizin mövqeyini gücləndirən əsas faktorlardan biridir»- deyə, deputat qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv