YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Demokratiyanın ən mühüm göstəricilərindən biri kimi, ölkəmizdə vətəndaş cəmiyyəti uğurla inkişaf edir

«Ölkə Prezidenti  İlham Əliyevin xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında imzaladığı Fərman böyük əhəmiyyət kəsb edir. Bildiyimiz kimi xarici donorlar tərəfindən qrantlar daha çox üçüncü sektora verilir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, demokratiyanın ən mühüm göstəricilərindən biri kimi, ölkəmizdə vətəndaş cəmiyyəti uğurla inkişaf edir. Onun sözlərinə görə, bu gün Azərbaycanda sürətlə artan vətəndaş cəmiyyəti institutları, minlərlə qeyri-hökumət təşkilatı  dövlətin artan dəstəyini hiss edir.

«Azərbaycanda QHT-lərin fəaliyyətinə verilən önəmin bariz göstəricilərindən biri bəzi dövlət strukturlarının müxtəlif tədbirlərin həyata keçirilməsində onlarla əməkdaşlıq etməsidir. Bundan əlavə, QHT-lərin fəaliyyətinə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası vasitəsilə də daim dövlət qayğısı göstərilir. Hər il QHT-lərin müxtəlif sahələr üzrə həyata keçirmək istədiyi layihələrə dövlət tərəfindən qrantlar ayrılır. Bu addım ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin inkişafı istiqamətində milli qeyri-hökumət təşkilatlarının daha səmərəli iştirakını təmin etmək, həmçinin qeyri-hökumət təşkilatlarına dövlət qayğısını gücləndirmək məqsədi daşıyır. 10-15 il əvvəl bir çox yerli QHT-lər xaricdən maliyyə dəstyi alırdılar və bu da onların asılılığına da səbəb olurdu. Müəyyən xarici qüvvələr QHT-lərdən öz məqsədləri üçün də istifadə edirdilər. Amma üçüncü sektora dövlət dəstəyinin gücləndirilməsi bu problemi əhəmiyyətli dərəcədə azaltdı. Dövlət başçısının Fərmanı isə xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunun asanlaşdırılması və şəffaflığın təmin olunması baxımından olduqca önəmlidir»- deyə, H.Rəcəbli vurğulayıb.  

DİGƏR Xəbərlər Arxiv