Xəbərlər
Əbülfəs Qarayev: Hazırda yeni turizm zonalarının yaradılması istiqamətində mühüm işlər görülür
«Ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri də turizm sənayesidir. Prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı bu sahənin yaxın gələcək üçün inkişaf istiqamətlərini müəyyənləşdirib». Bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Ə.Qarayev bildirib ki, hazırda yeni turizm zonalarının yaradılması istiqamətində mühüm işlər görülür. Onun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində bölgədə mühüm infrastruktur layihələri reallaşdırılıb.
«Respublikamızın bölgələrində müxtəlif turizm növlərinin inkişaf etdirilməsi üçün münasib şərait var. O cümlədən ekoturizm, mədəni turizm, sağlamlıq turizmi və s. turizm növləri üçün geniş potensial mövcuddur. Bu sahələrdə mühüm işlər görülür»- deyə, nazir vurğulayıb.