Xəbərlər
MM-in deputatı: Münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri yerinə yetirilməlidir
«ATƏT-in Minsk qrupunun həmsədrləri ikili standartlardan əl çəkməlidir». Bu fikri Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
B.Əliyev bildirib ki, həmsədrlər bugünə qədər işağlçı Ermənistana qarşı heç bir təzyiq göstərməyiblər”. Onun sözlərinə görə, işğalçı dövlətə beynəlxalq hüquq normalarına uyğun olaraq təzyiqlər göstərilməsə, o xoşluqla sülhə getməyəcək.
«Təəssüf ki, işğalçı ölkəyə silah verirlər, hətta ən müasir ballistik raketlərlə təmin edirlər. Bu yolverilməzdir, çünki münaqişənin sülh yolu ilə həllinə xidmət etmir. Problemin həlli üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri yerinə yetirilməlidir»- deyə, deputat qeyd edib.