Xəbərlər
Bişkekdə “MDB sığorta fəaliyyətinin aktual problemləri” adlı forum keçiriləcək
Noyabrın 11-də Bişkekdə “Müstəqil Dövlətlər Birliyi (MDB) sığorta fəaliyyətinin aktual problemləri” adlı forum keçiriləcək.
Bu mövzuda MDB məkanında ilk dəfə keçiriləcək forumda quruma üzv olan ölkələr arasında sığorta sahəsində əməkdaşlığın genişləndirilməsi, informasiya mübadiləsinin aparılması və digər məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Ümumiyyətlə, forumda 16 məsələnin müzakirəsi nəzərdə tutulub.
Tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və digər MDB ölkələrinin nümayəndələri iştirak edəcək.