Xəbərlər
Venesuela Prezidenti Nikolas Maduro Milli Məclisdə olub
Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro oktyabrın 22-də Azərbaycan Respublikası Milli Məclisində olub.
Ali qonaq əvvəlcə parlamentin iclas zalı ilə tanış olub.
Prezident Nikolas Maduronun Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşündə Azərbaycan və Venesuela arasında müxtəlif sahələrdə əməkdaşlığın, xüsusilə parlamentlərarası əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.