Xəbərlər
Nazir: İşğal olunmuş ərazilərimizdə sərvətlərimizin talan edilməsi ilə bağlı materiallar toplanıb
«Yaxın günlərdə Azərbaycan və Hindistan ekologiya nazirlərinin görüşü keçiriləcək. Görüşdə işğal olunmuş Azərbaycan torpaqlarında xarici şirkətlərin qeyri-qanuni fəaliyyəti müzakirə olunacaq». Bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.
H.Bağırov bildirib ki, aparılan müşahidələr nəticəsində ərazidəki yataqların, o cümlədən qızıl yataqlarının qanunsuz istismarı ilə bağlı ayrı-ayrı ölkələrin şirkətlərin fəaliyyət göstərdiyi müəyyənləşdirilib. “Nazirlik həmin ölkələrin diqqətinə çatdırıb ki, bu, qanunsuz fəaliyyətdir”.
«Azərbaycan peykinin uçuşunu təmin edən qurumların köməkliyi ilə işğal altında olan ərazilərdə ermənilərin xarici şirkətlərlə əlbir olaraq, Azərbaycanın sərvətlərini talan etmələrini təsdiqləyən materiallar toplanıb»- deyə, nazir vurğulayıb.