Xəbərlər
YAP-ın Gənclər Birliyində region gəncləri ilə keçirilən görüşlər davam edir
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi region gənclərinin bir qrupu ilə növbəti görüş keçirib.
Görüşün əsas məqsədi siyasi arenada kifayət qədər aktuallıq qazanmış sosial şəbəkələrdə keyfiyyətli fəaliyyətin təşkil edilməsi ilə bağlı olub.
Dünyanın inkişaf etmiş ölkələri kimi, Azərbaycanın da iqtisadi inkşafının təmin edilməsində informasiya və kommunikasiya texnologiyalarının xüsusi yeri var və bu sahənin inkişaf səviyyəsi qarşıya qoyulan məqsədlərə çatmağa təsir edən amillərdəndir. Təsadüfi deyil ki, 2013-cü il Prezident İlham Əliyev tərəfindən “İKT ili” elan edilmişdi. Bununla belə, İKT sahəsində bir çox gənclərimiz var ki, məlumatlılığın və praktiki təcrübələrinin olmaması baxımından dünya gənclərindən geri qalırlar.
Görüşün prioritet istiqamətlərindən biri də sosial şəbəkələrin təhlükəsizlik qaydaları, problemləri, gənclərin kənar təsirlərin altına düşməməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq arenaya çatdırılması olub.