Xəbərlər
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi region gəncləri ilə görüş keçirib
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində region gəncləri ilə görüş keçirilib. Görüşün əsas məqsədi gənclərin sosial şəbəkələrdə aktivliyinin və keyfiyyətli fəaliyyətinin təşkil olunması ilə əlaqədar olub.
Görüşdə bildirilib ki, dünyanın inkişaf etmiş ölkələri kimi Azərbaycanın da iqtisadi inkşafının təmin edilməsində informasiya və kommunikasiya texnologiyalarının xüsusi yeri var və bu sahənin inkişaf səviyyəsi qarşıya qoyulan məqsədlərə çatmağa təsir edən amillərdəndir.
«Təsadüfi deyil ki, 2013-cü il cənab İlham Əliyev tərəfindən İKT ili elan edilib. Bununla belə İKT sahəsində bir çox gənclərimizi göstərə bilərik ki, məlumatlılığın və praktiki təcrübələrinin olmaması baxımından dünya ölkələrinin gəncləri ilə müqayisədə geri qalırlar»- deyə, görüşdə vurğulanıb.
Bildirilib ki, görüşün prioritet istiqamətlərindən biri də gənclərin sosial şəbəkələrin təhlükəsizlik qaydaları, problemləri, dini radikalizmi təbliğ edən qrupların təsiri altına düşməmələri, xaricdən Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyasında yazılan anti-Azərbaycan fikirlərin əsaslı olmadığını, heç bir reallığa söykənmədiyini sosial şəbəkələr vasitəsi ilə beynəlxalq arenaya çatdırmaqdır.