Xəbərlər
Serbiya Respublikası Hökumətinin sədri Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik etdi
Serbiya Respublikası Hökumətinin sədri Aleksandr Vuçiç Azərbaycan Respublikasının Müstəqilliyi Günü münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.
Təbrikdə deyilir: “Əminəm ki, ölkələrimiz arasında ənənəvi yaxşı münasibətlər və əməkdaşlıq Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında bütün sahələrdə qarşılıqlı maraq doğuran strateji əlaqələrin və tərəfdaşlığın daha da möhkəmlənməsinə şərait yaradacaq.
Cənab Prezident, Sizə olan çox dərin ehtiramımı qəbul edin”.