YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəmil Məlikov: 2005-2015-ci illərdə alternativ enerji sahəsinə 987,4 milyon manat vəsait yatırılıb

«2020-ci ilədək Azərbaycanda həyata keçiriləcək alternativ və bərpaolunan enerji mənbələri layihələri hesabına 1,1 milyard kubmetr təbii qazın qənaətinə nail olmaq mümkündür». Bu fikri Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov deyib.

C.Məlikov  bildirib ki, bu, Azərbaycanda ÜDM-in 7,9 faiz artmasına səbəb olacaq.

«2005-2015-ci illərdə alternativ enerji sahəsinə 987,4 milyon manat vəsait yatırılıb ki, onun 83 faizi dövlət, 17 faizi isə özəl sektorun hesabına əldə olunub»- deyə, o, vurğulayıb.