YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə «Müstəqilliyin 25 ili-Müstəqilliyin yaşıdları» mövzusunda konfrans keçirilmişdir

Bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 18 Oktyabr-Dövlət Müstəqillik Gününə həsr olunmuş «Müstəqilliyin 25 ili-Müstəqilliyin yaşıdları» mövzusunda konfrans keçirilmişdir.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlamışdır.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 18 Oktyabr-Dövlət Müstəqillik Günü münasibətilə konfrans iştirakçıları təbrik emişdir. 18 Oktyabr-Dövlət Müstəqillik Günü ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamını xatırladan Əli Əhmədov bu tarixi hadisənin ölkəmizdə yüksək səviyyədə qeyd olunacağına əminlyini ifadə etmişdir.

Baş  nazirin müavini bildirmişdir ki, 18 Oktyabr-Dövlət Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən əlamətdar hadsələrdən biridir. Azərbaycan xalqının 70  il ərzində  iki dəfə dövlət müstəqilliyini elan etdiyini xatırladan Əli Əhmədovun sözlərinə görə, bu, dünya xalqlarının tarixində az rast gəlinən hadisədir. Onun fikrincə, həm 1918-ci ildə, həm də 1991-ci ildə müstəqillyimizin elan olunmasının oxşar cəhətləri var: «İlk növbədə, xalqımız imperiyaların tərkibindən çıxmışdır, həmçinin hər iki halda ermənilərin torpaq iddiaları ilə üzləşmişdir. Bütün halarda isə xalqımızın qəlbində hər zaman müstəqillik arzusu, ideyaları olmuşdur.   1980-ci illərin sonlarında başlanan xalq hərəkatı məhz xalqımızın müstəqillik, azadlıq arzusunun reallaşması uğrunda əzəmətli mübarizəsinin real ifadəsi idi».

Artıq  Azərbaycanın 25 ildir  müstəqil dövlət kimi yaşadığını və inkişaf etdiyini qeyd  edən YAP Sədrinin müavini bu tədbirdə 25 yaşa qədər olan gənclərin iştirakının rəmzi məna daşıdığını vurğulamışdır. O, bildirmişdir ki, bu gənclər məhz müstəqil Azərbaycan Respublikasında dünyaya göz açmış və müstəqil dövlətin   vətəndaşları kimi formalaşmışlar. Onlar məhz müstəqil dövlətin qanunları, prinsipləri ilə yaşayır və yüksək vətənpərvərlik ruhunda böyüyürlər.

Əli Əhmədov həmçinin qeyd etmişdr ki, 25  illik müstəqilik tariximizi üç mərhələyə ayırmaq mümkündür. Birincisi, 1991-1993-cü illər, ikincisi, Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər, üçüncüsü isə Prezident İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdür. YAP Sədrinin müavini diqqətə çatdırmışdır ki, müstəqilliyimizin birinci mərhələsində ölkəmizdə xaos, anarxiya hökm sürürdü ki, bu da Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Əgər xalqın tələbi ilə Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında hakimiyyətə qayıtmasaydı, xalqımızın və dövlətimizin taleyi sual altında olardı.

Əli Əhmədov bildirmişdir ki, Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddətdə ölkəmizdə ictimai-siyasi sabitliyi bərpa etdi, iqtisadi tənəzzülün qarşısı alındı və respublikanın inkişaf strategiyası müəyyən olundu. 1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanması isə ölkəmizin inkişafının əsaslarının qoyulmasında müstəsna əhəmiyyət kəsb etdi. Onun sözlərinə görə, məhz Heydər Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində müstəqilliyimizin dönməzliyi təmin olundu.

Azərbaycanın məhz Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında inkişaf etdiyini deyən Əli Əhmədov bu gün Prezident İlham Əliyevin bu siyasəti    uğurla davam etdirdiyini diqqətə çatdırmışdır. Ban nazirin müavini qeyd etmişdir ki, 2003-cü ildən keçən dövr ərzində ölkə iqtisadiyyatı əhəmiyyətli dərəcədə inkişaf edib, Azərbaycan regionun lider dövlətinə çevrilib, respublikamızın beynəlxalq müstəvidə mövqeyi möhkəmlənib.

Qazanılan uğurlarla yanaşı öllkəmizin qarşısında gələcək hədəflərin də dayandığını deyən Əli Əhmədov ölkəmizin iqtisadiyyatının daha da güclənməsinin,  əhalinin rifah halının daha da  yüksəlməsinin, Azərbaycanın regionda və beynəlxalq miqyasda mövqelərinin daha da gücləndirilməsinin qarşıda dayanan əsas vəzifələr sırasında olduğunu vurğulamışdır. O,  əmin olduğunu bildirmişdr ki, gələcəkdə xalqımız daha möhtəşəm uğurlar qazanacaq, qarşıdakı illərdə Azərbaycan öz dövlət müstəqilliyini yeni-yeni naliyyətlərlə qeyd edəcək.

Daha sonra konfransda YAP Gənclər Birliyi ofisinin koordinatoru Əli Qənbərli, YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin üzvü Günya İmanova, YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin üzvü, 2016-cı ildə ali məktəbə 700 bal toplayaraq qəbul olmuş Elvin İsayev, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin üzvü Leyla Quliyeva, YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri Kənan Kərimov və YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin üzvü Gülnar Xəlilova çıxış edərək müstəqil dövlətimizn inkişafı və ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurları haqqında fikirlərini bildirmişlər.

Qeyd edək ki, tədbir bədii hissə ilə davam etmişdir.