YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya Azərbaycanlı İş Adamlarının I Forumunda 300-dən çox nümayəndə iştirak edəcək

Oktyabrın 28-29-da Bakıda keçiriləcək Dünya Azərbaycanlı İş Adamlarının I Forumunda dünyanın 33 ölkəsindən 160-a yaxın iş adamı iştirak edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirə ən böyük nümayəndə heyəti ilə Rusiya Federasiyasından olan azərbaycanlı iş adamları qatılacaq. Bu ölkədən 40 nəfərdən çox nümayəndənini tədbirə dəvət olunması nəzərdə tutulub. Bundan başqa, Türkiyə, Almaniya, Ukrayna, Qazaxıstan xeyli sayda iş adamının Forumda iştirakı gözənilir.

Forumda kənd təsərrərüfatı, konsaltinq, ticarət, informasiya texnologiyaları, nəqliyyat və logistika, neft sənayesi, tekstil, bank sektoru və digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul azərbaycanlı iş adamları tədbirdə iştirak edəcək.

Azərbaycan Respublikasından kənd təsərrüfatı, qida sektoru, tikinti və inşaat, neft, informasiya-kommunikasiya texnologiyaları (İKT), tekstil, tikiş, habelə digər sahələrdə çalışan iş adamlarının da forumda iştirakı gözlənilir.

Forumda ümumilikdə 300 nəfərdən çox nümayəndənin iştirakı planlaşdırılır. Tədbir Diasporla İş üzrə Dövlət Komitəsi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayında xaricdə yaşayan azərbaycanlı iş adamlarına müraciət edərək, onları ölkə iqtisadiyyatın real sektoruna, xüsusilə, kənd təsərrüfatı, sənaye, turizm, yüksək texnologiyalar sektorlarına sərmayə qoymağa çağırmışdı.

 

DİGƏR Xəbərlər Arxiv