YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: İşğal faktı aradan qaldırılmadan AŞ-nın monitorinqi nəticəsiz olacaq

Münaqişənin fundamental əsasını təşkil edən işğal faktı aradan qaldırılmadan AŞ-nın monitorinq mexanizminin tətbiq olunması hər hansı faydalı nəticə verə bilməz.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Şurasının Baş katibi Turbörn Yaqlandın Avropa Şurası Parlament Assambleyasının payız sessiyasındakı çıxışına münasibət bildirərkən deyib.

Qeyd edək ki, T.Yaqland AŞ-nın monitorinq missiyalarının münaqişə zonalarına səfər zərurəti barədə danışıb.

H.Hacıyev bildirib ki, ilk növbədə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə mane olan işğal və təcavüz faktı aradan qaldırılmalı və Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır: Xatırlatmaq istərdik ki, AŞPA-nın 2000-ci il tarixli 221-saylı rəyinə əsasən Ermənistan AŞ-ya üzvlüyü çərçivəsində münaqişənin həlli ilə əlaqədar öz üzərinə öhdəliklər götürüb. Münaqişənin həllinə töhfə vermək məqsədilə AŞ məhz bu öhdəliklərin Ermənistan tərəfindən icrasını və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsini tələb etməlidir".

DİGƏR Xəbərlər Arxiv