YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sergey Lebedev: Bakı MDB-nin müxtəlif strukturlarının iclasları üçün ənənəvi olaraq rahat məkana çevrilib

Bakı MDB-nin müxtəlif strukturlarının iclasları üçün ənənəvi olaraq rahat məkana çevrilib. Bu yaxınlarda Bakıda MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclası, Birlik ölkələrinin nümayəndələrinin də iştirak etdikləri Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. Bu gün isə bu qonaqpərvər məkanda MDB iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclası keçirilib.

Bu sözləri MDB İcraiyyə Komitəsinin sədri–icraçı katib Sergey Lebedev oktyabrın 12-də jurnalistlərə müsahibəsində deyib.

S.Lebedev bildirib ki, Bakı miqrasiya problemlərinin həll edilməsi üçün çox yaxşı məkandır. Bu tədbirin təşkilinə və iştirakçı ölkələrə göstərilən qonaqpərvərliyə və diqqətə görə minnətdarlığımı bildirirəm. Hazırda miqrasiya problemləri yalnız MDB ölkələri üçün yox, həm də bütün dünya üçün aktualdır. Afrikanın şimalında, Avropada və Yaxın Şərqdə yaşanan miqrasiya çətinlikləri buna əyani sübutdur.

DİGƏR Xəbərlər Arxiv