Xəbərlər
Ötən ay BTC kəməri ilə təxminən 2,1 milyon ton Azərbaycan nefti nəql olunub
Cari ilin sentyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə 2 milyon 55 min 791 ton Azərbaycan nefti nəql edilib.
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, bu ilin yanvar-sentyabr aylarında bu kəmərlə 22 milyon 43 min 322 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il oktyabr ayının 1-dək BTC-yə 314 milyon 915 min 856 ton neft vurulub.
Bundan başqa, cari ilin sentyabr ayında BTC kəməri ilə 374 min 160 ton Türkmənistan nefti nəql olunub.