Xəbərlər
Kamilə Əliyeva: Azərbaycanda din-dövlət münasibətləri ölkənin milli maraqlarına uyğun tənzimlənir
Milli Məclisin deputatı Kamilə Əliyeva jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan sivilizasiyalararası dialoqa mühüm töhfələr verir. Tolerantlıq məkanı kimi tanınan ölkəmizdə bütün azadlıqlar, o cümlədən vicdan azadlığı təmin edilib.
Kamilə Əliyeva bildirib ki, Azərbaycanda din-dövlət münasibətləri ölkənin milli maraqlarına uyğun tənzimlənir. Onun sözlərinə görə, bu gün ölkəmiz dini-mənəvi dəyərlərin mühafizə edildiyi və vətəndaşlara konstitusion əsasda özlərinin vicdan və etiqad azadlıqlarından istifadə etməyə əlverişli şəraitin yaradıldığı ölkələr sırasında yer almaqdadır.